Naxçıvanda keçirilən bayram şənliyində idmançılar da çıxış ediblər

Novruz bayramı münasibətilə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində geniş ümumxalq şənliyi təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Şənlik çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədii gimnastika, kikboksinq və karate idman növləri üzrə nümayişlər də təşkil edilib. Həmçinin adı Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşmüş xalq pəhləvanı Əliyar Musayev də müxtəlif nömrələrlə məharətini nümayiş etdirib.
Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.